Azərbaycanda polis generalının oğluna hökm oxunub 19 Avqust 2015 01:00 Hüquq Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğluna hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi ilə keçirilən prosesdə Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü ilə T. Əsədullayevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, bu il aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb. Bıçaqlanan şəxs ölüb. Həmin faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Teqlər : #Azərbaycanda polis generalının oğluna hökm oxunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xədicə İsmayılovaya dəstək aksiyası AİP-in həbsdə olan komitə sədri azadlığa çıxdı