Azərbaycan Baş Prokurorluğu və DİN əməkdaşları Qerman Sterliqovu dindirəcəklər

Azərbaycan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı rusiyalı sahibkar, Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Qerman Sterliqovun dindirilməsi üçün Moskvaya olunub. Bu barədə  Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
 
Avqustun 31-də Q. Sterliqov Yerevandan Moskvaya gedərkən saxlanılıb və ondan Rusiya ərazisini tərk etməmək barədə iltizam alınıb.
 
Xatırladaq ki, G.Sterliqov bundan əvvəl qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib, orada ekstremist bəyanatlarla çıxış edib və Azərbaycan dövlətinin əleyhinə çağırışlar edib. Bu səbəbdən onun barəsində MDB məkanında axtarış elan edilib.

Google+ WhatsApp ok.ru