Azərbaycanda saxlanılan iranlı məhkumlar ölkələrinə qaytarılıb

Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılan İran vətəndaşlarından bir qrupu cəzalarını çəkmək üçün öz ölkələrinə verilib. 
 
Maide.az iribnews-a istinadən xəbər verir ki, bunu İran Ədliyyə Nazirliyinin  beynəlxalq əlaqələr idarəsinin baş direktoru Məhəmmədəli Mehranfər deyib. 
 
M.Mehranfər bildirib ki, 21 nəfər iranlı məhkum cəzalarının qalan hissələrini öz ölkələrində çəkmək üçün bu gün səhər ölkəyə təhvil verilib. 
 
M.Mehranfər  Azərbaycan prezidentinin İrana son səfəri iki ölkənin Ədliyyə Nazirlikləri arasında da əlaqələrin inkişafında yeni səhifə açdığını bildirib. /
 
 

Google+ WhatsApp ok.ru