Azərbaycanın xarici borcu 12 milyarda çatır

Azərbaycanın xarici borcu 12 milyarda çatır

Maliyyə Nazirliyi 1 aprel 2016-cı il tarixinə Azərbaycanın xarici borcunun məbləğini açıqlayıb. Deyilən tarixə xarici dövlət borcu 7 milyard 448.7 milyon ABŞ dolları (11 milyard 486.6 milyon manat, adambaşına 1210 manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21.0 faiz təşkil edib.
 
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir.
 
Xarici dövlət borcunun 82.3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17.7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb olunub.
 
1 yanvar 2015-ci il tarixinə xarici dövlət borcu 6 milyard 478.2 milyon ABŞ dolları (5 milyard 81.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.6 faiz təşkil etmişdi. /
 
azadliq.info
 

Google+ WhatsApp ok.ru