Azərbaycanın iki vətəndaşı Rusiya sərhədini qanunsuz keçdiyinə görə həbs olunub 01 Avqust 2017 01:00 Xəbərlər Belqorod vilayət məhkəməsi onları yarım illik müddətə azadlıqdan məhrum edib Azərbaycanın iki vətəndaşı Rusiyada sərhədi qanunsuz keçdiklərinə görə yarım il müddətinə həbs cəzasına məhkum edilib. "Report" Belqorod Vilayət Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərarı Veydelevski Rayon Məhkəməsi qəbul edib. Məhkəmə tərəfindən müəyyən olunub ki, iki Azərbaycan vətəndaşı 2017-ci il mayın 30-da Veydelevski rayonunda keçid məntəqələri olmayan ərazilərdən Rusiya Federasiyasının dövlət sərhədini keçərək Rusiya ərazisinə daxil olub. Amma onlar Federal Təhlükəsizlik Xidmətinin Belqorod vilayəti üzrə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Xatırladaq ki, daha əvvəllər Rusiya Federal Miqrasiya Xidməti saxlanılanların müvafiq olaraq 28 may 2018-ci il və 27 noyabr 2020-ci il tarixlərinə qədər Rusiya Federasiyasına girişinə icazə verməyib. / Teqlər : #Azərbaycanın iki vətəndaşı Rusiya sərhədini qanunsuz keçdiyinə görə həbs olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tayvanda qasırğadan xəsarət alanların sayı artır - 131 nəfər Yol qəzaları və ölüm hallarını azaltmağın çarəsi tapıldı