Azərbaycanda informasiya sistemlərinin sındırılması halları artıb 08 İyun 2018 01:00 Xəbərlər -- 500-1000 manat həcmində kiçik oğurluqdan tutmuş, 30-50 min avroluq iri oğurluğadək Son 3 il ərzində Azərbaycanda informasiya sistemlərinin sındırılması halları əhəmiyyətli dərəcədə artıb. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Bakıda keçirilən “BIS Summit 2018” konfransı zamanı “Financial Chain Corporation” şirkətinin informasiya təhlükəsizliyi üzrə direktoru Aleksandr Tvaradze deyib. O bildirib ki, bir çox strukturlar bu cür məlumatları paylaşmaqda maraqlı deyillər: “Bizim məlumatlarımıza əsasən, 500-1000 manat həcmində kiçik oğurluqdan tutmuş, 30-50 min avroluq iri oğurluğadək çoxlu sayda faktlar qeydə alınıb. Oğurluqlar fişinq, daxili sistemin sındırılması, eləcə də insayderlər tərəfindən sui-istifadə vasitəsilə həyata keçirilir”. Ekspert hesab edir ki, hazırda bazarda təhlükəsizlik sistemlərinin tətbiq olunmasının vaxtı çatıb. Teqlər : #Azərbaycanda informasiya sistemlərinin sındırılması halları artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan qanun-qaydaya görə 85-ci yerdədir “Qüds və Qarabağ eyni dərddə” adlı elmi-praktik konfrans keçirilib-FOTO