Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb 03 Dekabr 2018 12:01 Xəbərlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb. Azərbaycan XİN-nin mətbuat xidmətindən bildirilib ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə dekabrın 5-də Milanda görüş keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq. Teqlər : #Azərbaycan,#və,#Ermənistan,#xarici,#işlər,#nazirlərinin,#görüşəcəyi,#tarix,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Futbol üzrə millimizin oyunlarının təqvimi müəyyənləşib - CƏDVƏL Fransada tibb işçiləri etiraza qalxdı