Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başa çatıb 01 Fevral 2020 08:57 Xəbərlər Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyə edilib. “Report”un əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb. Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib. Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək. Teqlər : #Azərbaycan,#vətəndaşlarının,#Çindən,#təxliyə,#prosesi,#başa,#çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ÜST yeni növ koronavirusla əlaqədar qlobal fövqəladə vəziyyət elan etdi Britaniya Aİ-ni tərk etdi