Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv olunur 20 May 2020 13:59 Xəbərlər Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 30 gündən 90 günə qaldırılması təklif edilir. Maide.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunub. Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür. Teqlər : #Azərbaycana,#günədək,#səfər,#edən,#Türkiyə,#vətəndaşları,#üçün,#viza,#tələbi,#ləğv,#olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Misirdə Məhəmməd Salahın maskası ilə cinayət törədənlər yaxalandılar ‘Həşd Şabi’ İraqda İŞİD terrorçularını məhv etməyə davam edir