Azərbaycanda onlarla vəkil koronavirusa yoluxub

Azərbaycanda onlarla vəkil koronavirusa yoluxub

Azərbaycanda onlarla vəkilin koronavirusa yoluxduğu deyilir.
 
Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
 
A.Bağırovun sözlərinə görə, yoluxan vəkillərin arasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşları da var: "Hal-hazırda koronavirusa yoluxan onlarla həmkarlarımız həkim nəzarəti altında müalicə olunurlar, hər kəsə Allahdan şəfa diləyirəm".
 
İndiyədək Azərbaycanda ümumilikdə 98927 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 1194 nəfərin vəfat etdiyi açıqlanıb.
 
Dünən, noyabrın 24-də bu virusa yoluxanların arasında Milli Məclis deputatlarının da olduğu bildirilmişdi.
 
 

Google+ WhatsApp ok.ru