Azadlığa çıxan İslamçı məhbuslarla görüş keçirilib-FOTO 16 Avqust 2014 01:00 Xəbərlər Azadlığa çıxan islamçılar Ağaəli Yəhyayev və Elmar Səmədovla görüş keçirilib 2010-cu il fevralın 13-də İslam peyğəmbərinin(s) vəfatı günü Şəhidlər Xiyabanına yürüş şəklində hərəkət edərkən saxlanılan və 4 il 6 ay cəza almış kərbəlayi Elmar Səmədov və Ağəli Yəhyayev həbs müddətini başa vuraraq azadlığa çıxıblar. Onları həbsxana önündə inanclı insanların böyük bir dəstəsi qarşılayaraq keçmiş dustaqlarla birgə şəhidlərimizi ziyarət etmişdilər. Ötən gün dostları və əqidə yoldaşları Elmar və Ağalinin azadlığa çıxmasını Ümüd kafesində qeyd etdilər. Məclisdə ölkənin din xadimləri iştirak etdilər, Yaradanın bu imtahanından üzüağ çıxan, iradəli insanları azadlığa qovuşmaları münasibətilə təbrik etdilər. Məclis boyu ilahi nəğmələr səsləndi, dualar oxundu. / Görüşdən hazırlanmış foto-reportajı sizə təqdim edirik: Teqlər : #Azadlığa çıxan İslamçı məhbuslarla görüş keçirilibFOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədəkilərə şad xəbər Baş nazirdən İŞİD-lə bağlı qorxunc fikirlər