Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanır 22 Oktyabr 2014 01:00 Xəbərlər Azərbaycanda oktyabrın 22-dən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə start veriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının oktyabrın 21-də keçirilən iclasında məlumat verilib. Qanunvericiliyə əsasən bələdiyyə seçkilərinin təyin edilməsi barədə MSK-nın qərarı dərc edildiyi gündən bələdiyyə üzvlüyünə namizədlər irəli sürülə bilər. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi proseduru seçki gününə 30 gün qalmış başa çatır. Bələdiyyə üzvlüyünə namizədlərin təşviqat kampaniyası bələdiyyə seçkilərinə 23 gün qalmış başlayacaq, bələdiyyə seçkilərinə 1 sutka qalmış - yəni dekabrın 22-də saat 24:00-da başa çatacaq. Bu gün,oktyabrın 22-də MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsi barədə qərar qəbul edib. Teqlər : #Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Saxarov mükafatı Leyla Yunusa verilmədi Qızdırıcılarda texniki baxışı həyata keçirən yeni qurum formalaşdırılıb