Bəhreynli alimlərindən xəbərdarlıq: İmam Hüseyn (ə) aşiqləri əlibağlı qalmayacaq

 
Bəhreyn alimləri bəyanat yayaraq hakim rejimin İmam Hüseyn (ə) əzadarlığını və Aşura mərasimlərini qadağan etməsilə bağlı qadağalarını pisləyib və bunu ölkədə stabilliyin daha da pozulmasına xidmət edəcəyini qeyd ediblər.
 
Maide.az xəbər verir ki, Bəhreyn alimləri yaydıqları bəyanatda Aşura tədbirlərinə qarşı istənilən qadağanın yolverilməz olduğunu bildirərək, deyiblər: Hakim rejimin İmam Hüseyn (ə) matəm mərasimlərinə qarşı törətdiyi əngəllər trəfimizdən pislənilir İmam Hüseyn (ə) əzadarlığına və Aşura mərasimlərinə qarşı hər-hansı məhdudiyyətin qoyulması dini azadlıqların aşkar pozulması deməkdir. Aşura əzadarlığına və tədbirlərinə qarşı istənilən hörmətsizliyin və təhqirin yolverilməz olduğu və Hüseyn (ə) ardıcılları ilə təhlükəli, təxribatçı qarşıdurma hesab edilir.
 
Bəhreyn alimləri bu bəyanatda İmam Hüseyn (ə) əzadarlığına və Aşura mərasiminə qarşı təhqirlərin yolverilməz olduğunu və buna sakit yanaşılmayacaqlarını qeyd edərək, bildiriblər: Xəlifə rejimi qüvvələri tərəfindən İmam Hüseyn (ə) əzadarlığına aid plakatların qoparılması gərginliyin daha da artmasına xidmət edir və İmam Hüseyn (ə) sevərlər belə bir özbaşınalıq qarşısında əlibağlı durmayacaq və bütün varlığı ilə İmam Hüseyn (ə) və Aşura mərasimlərini müdafiə edəcəklər.
 
Bəyanatda deyilir: Hökümət bilməlidir ki, İmam Hüseyn (ə) əzadarlığı və Aşura tədbirlərinə qarşı belə bir provokativ hərəkətlər ölkənin təhlükəsizliyinə və stabilliyinə xələl gətirir və dərhal dayandırılmalıdır.
 
Qeyd edək ki, Bəhreyn rejimi Məhərrəmlik ayının əvvəlindən əzadarlıq məclislərinin və Məhərrəm ayı ilə bağlı plakatları qadağan edib. Bu qadağa hökümət qüvvələri ilə əzadarlar arasında toqquşmalara səbəb olub.
 
2011-ci ilin fevral ayının ortalarından bəri minlərlə bəhreynli dinc aksiyalar keçirərək rejimin hakimiyyətdən getməsini tələb ediblər.
Bu etirazlar rejim tərəfindən qəddarcasına dağıdılıb, yüzlərlə etirazçının həlak olması və yaralanmasından əlavə, ölkənin çox sayda vətəndaşına qarşı isə həbsxanalarda işkəncə və istintaq aparılır.  /
 
 

 

Google+ WhatsApp ok.ru