Bəzi Bakıətrafı yollarda hərəkət qismən məhdudlaşdırılacaq 25 Aprel 2016 01:00 Xəbərlər Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərin, həmçinin piyada zolaqlarının rəglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işlər 26 aprel səhər saat 10:00-dan başlayacaq və axşam saat 17:00-dək davam edəcək. Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Adıçəkilən avtomobil yollarında sıxlığın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər. Teqlər : #Bəzi Bakıətrafı yollarda hərəkət qismən məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məscid; Amerikada xristianların ibadət yeri! Beynəlxalq Ərəbəin Film və Foto Mükafatı üzrə seçilmiş ən yaxşı 60 foto