Bəhreyndə “Qəzəb cüməsi” etiraz aksiyası – FOTO

Bəhreyndə “Qəzəb cüməsi” etiraz aksiyası – FOTO

Bəhreyn xalqı din alimlərinin çağırışı ilə  ötən gün ölkənin müxtəlif bölgələrində “Qəzəb cüməsi” etiraz aksiyalarında iştirak edib. 
 
Maide.Az  "tasnimnews" agentliyinə istinadla xəbər verir ki,  cümə günü geniş miqyaslı  etiraz aksiyalarında  xalq Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın ömürlük həbs edilməsinə və  Bəhreyn ilə işğalçı İsrail rejiminin  münasibətlərinin normallaşmasına etiraz edib.  
 
Etirazçılar Şeyx Salmanın dərhal azadlığıa buraxılmasını tələb edib. 
 
Qeyd edək ki, Bəhreynli alimlər bir neçə gün öncə bəyanat yayaraq bu həftənin cümə gününü “Qəzəb Cüməsi” elan etmişdi. 
 
Alimlər əhalini cümə günü küçələrə çıxaraq  etiraz yürüşləri təşkil etməyə çağırmışdı. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru