Babək prospekti çökdü

Babək prospekti çökdü

Babək prospektinin maşın bazarının yaxınlığından keçən hissəsində yol çöküb
 
Maide.Az xəbər verir ki, bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər. Artıq 4-5 gündür ki, çökən yol təmir olunmadığından təhlükəli vəziyyət yaranıb.
 
Şikayətçilərin sözlərinə görə, nəinki təmir edilməyib, ərazi dairəyə alınaraq hərəkətin təhlükəli olduğunu bildirən hər hansı nişan da qoyulmayıb.
 
"Bu yolda yüksək sürət həddi var. Axşamlar Babək prospekti qaranlıq olduğundan gediş-gəliş daha təhlükəli olur. Yolun çökdüyünü bildirmək üçün hər hansı nişan da qoyulmayıb. Yalnız yaxınlıqdakı avtomobil hissələrinin satışı ilə məşğul olan mağazadan çökən ərazinin ətrafına təkərlər düzülüb. 4-5 gündür yol bu vəziyyətdədir, maraqlanan yoxdur", - deyə şikayətçilər bildirirlər.
 
Yaranmış problemlə bağlı "Azəravtoyol" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin virtualaz.org-a bildirdiyinə görə, hazırda əraziyə baxış keçirilir və problem yaxın vaxtlarda aradan qaldırılacaq:
 
"Həmin yolda bir qədər əvvəl də eyni problem yaşanmışdı. Orada yeraltı sular üzündən tez-tez sızma baş verir. Yolda çökmə son bir neçə gündə baş verən yağıntılardan sonra yaranıb. Artıq bu gündən orada əməkdaşlarımız işləyirlər. Yoldakı problem yaxın vaxtlarda aradan qaldırlacaq", - deyə A.Nəcəfli bildirib.
 

Google+ WhatsApp ok.ru