Bakı avtobuslarında nə vaxt “WiFi” olacaq? 20 Aprel 2016 01:00 Xəbərlər "BakuBus" avtobuslarında "WiFi"ın quraşdırılması ilə bağlı şirkətlər tərəfindən verilən təkliflər hazırda dəyərləndirilir. Maide.az xəbər verir ki, bunu Trend-ə "BakuBus" MMC-nin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. N.Allahyarova bildirib ki, əslində BakuBus avtobuslarında "WiFi"ın quraşdırılması ilə bağlı heç bir problem yoxdur: "Sadəcə olaraq, sistem işə düşdükdən sonra problem olmasını istəmirik. Ona görə də tenderdə bizə ən uğurlu təklif verən şirkətlə danışıqlar aparmaq istəyirik. Bununla bağlı bizə verilən təkliflər çoxdur. Biz elə bir təklifi qəbul etmək istəyirik ki, sistem işə düşdükdən sonra boşluq olmadan işləsin. Yəni, sərnişin bizə müraciət edərək hər dəfə "WiFi"ın tutmadığını, problem yaşandığını bildirməsin. Ona görə də hazırda təklifləri qiymətləndiririk". N.Allahyarova qeyd edib ki, bu ilin sonuna qədər "BakuBus" avtobuslarında "WiFi" məsələsi öz həllini tapacaq./ Teqlər : #Bakı avtobuslarında nə vaxt WiFi olacaq?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mayda da əfv veriləcəyi xəbəri var Nazirlikdən telefon satanlara - Xəbərdarlıq