Bakıda 120 min manat oğurlayan dəstə ifşa olundu

Bakıda külli miqdarda pul oğurlamaqda şübhəli bilinən 2 nəfər tutulub. 
 
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Nizami rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən keçirilib.
 
Keçirilən əməliyyat zamanı sentyabrın 28-i saat 20:00-dan 29-u saat 09:20-dək bir neçə mağazanı qarət edən şəxslərin kimliyi məlum olub.
 
Müəyyən edilib ki, Q.Qarayev prospektində yerləşən mebel mağazasından açar seçmə yolu ilə içərisində 55000 manat oğurlayanlar Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Kərim Kubayeviç Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmovdur.
 
Onların oktyabrın 13-də saat 08:30 radələrində, B.Nuriyev küçəsində yerləşən mağazadan, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə içərisində 65.000 manat olan seyfləri aparmaları məlum olub.
 
Əməliyyat axtarış tədbirləri nəticəsində tutulub.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru