Bakıda daha bir yol bağlanır 03 Avqust 2015 01:00 Xəbərlər Bakının Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq hər iki istiqamət üzrə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib ki, avqustun 2-də saat 22:00-dan səhər saat 05:00-dək küçənin Heydər Əliyev və Babək prospektləri ilə kəsişməsindən, Cavanşir körpüsünə qədər və əks istiqamətdə olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyyə edir və müvəqqəti narahatçılığa görə üzr istəyir. Teqlər : #Bakıda daha bir yol bağlanır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru PKK-dan Türkiyəyə növbəti hücum Məhkəmə Ərdoğanın sarayını qanunsuz elan etdi