Bakı dairəvi yolunun kənarında çökmə baş verib

Bakı dairəvi yolunun kənarında çökmə baş verib

Bakı dairəvi avtomobil yolunun Bakı Atıcılıq Mərkəzinin qarşısındakı hissəsində, yolun kənarında böyük çatların əmələ gəlməsinin səbəbi açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, ərazidəki su ötürücülərindən sızma baş verib, yolun kənarındakı tökmə torpaq doyub. O qeyd edib ki, torpağın doyması nəticəsində çökmə baş verib, çatlar buna görə əmələ gəlib. /

Google+ WhatsApp ok.ru