Bakıda tonlarla ət tapıldı 28 İyun 2014 01:00 Xəbərlər Ət tədarükü məntəqəsindən tapılan ətlər istifadəyə yararsız olub Sosial Bakıda mənşəyi bilinməyən tonlarla ət aşkar edilib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib. A.Məhərrəmov küçəsində Müşfiqabad qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus ət tədarükü məntəqəsində yoxlama olub. Əməliyyat tədbirlərini Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və İstintaq və Təhqiqat İdarəsi əməkdaşları keçiriblər. Nəticədə ət tədarükü məntəqəsinin 2 soyuducu kamerasında və 3 saxlanc yerində mənşəyi məlum olmayan və istifadəyə yararsız 6 tondan artıq ət aşkar olunub. Teqlər : #Bakıda tonlarla ət tapıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sürücülərin diqqətinə Hava xəbərdarlığı edildi