Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu gün axşam 22:00-dan etibarən Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küçəsi, Ramstore yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında da müvafiq işlər aparılacaq.
 
Bu barədə “APA-Economics”ə "Azəravtoyol” ASC-dən məlumat verilib.
 
Məlumata görə, aparılacaq işlər çərçivəsində sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
 
Sürücülərdən alternativ yollardan istifadə etməyi tövsiyə edilir.
 

Google+ WhatsApp ok.ru