Bakının iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bu gecə Üzeyir Hacıbəyli küçəsi və Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Maide.az-a verilən məlumata görə, göstərilən ərazidə tam məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
Sürücülər Ü.Hacıbəyli küçəsinə alternativ olaraq 28 May küçəsindən istifadə edə bilərlər.

Google+ WhatsApp ok.ru