Bakı su altında qaldı - VIDEO

Bakı su altında qaldı - VIDEO

Bu gün səhər saatlarında paytaxtın bəzi yerlərində qısamüddətli yağış yağıb. Lakin cəmi 10-15 dəqiqə ərzində küçələri su basıb.
 
Hətta bugünlərdə istifadəyə verilmiş Babək prospektində yollar keçilməz olub. Təqdim edəcəyimiz foto və videolardan da göründüyü kimi Babək prospekti, "Stutqard" mağazasının, Xətai, Nizami metrosunun qarşısı, Həsən Əliyev küçəsi o cümlədən digər ərazilər su altında qalıb.
 
Dəfələrlə bu məsələ gündəmə gəlib. Hər dəfəsində də eyni problemlə üzləşmişik. Ümid edirdik ki, yeni çəkilən yollarda analoji problemlər olmayacaq. Lakin Babək prospekti də ilk sınaqdan çıxa bilmədi.
 
Hətta vəziyyət o həddə acınacaqlıdır ki, sərnişin avtobusunun içərisi su ilə dolub.
 
Maide/Az "Avtosfer.az"a istinadla videonu təqdim edir:
 
 
 

Google+ WhatsApp ok.ru