`Bandotdel` Cahangir Hacıyevin restoran xərclərini araşdırır

DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi («Bandotdel») Beynəlxalq Bankın sabiq başçısı Cahangir Hacıyevin şəxsi kredit kartından 1 milyon dollar xərclənməsi faktını araşdırır.
 
Maide.az xəbər verir ki, "virtualaz" saytının əldə etdiyi xəbərə görə, qulluq mövqeyindən sui-istifadə edərək bankın böyük məbləğdə vəsaitini şəxsi ehtiyaclarına xərcləyən C.Hacıyev bu borcunu bu günədək də ödəməyib.
 
«Cahangir Hacıyev DİN-in müstəntiqləri tərəfindən bu faktla bağlı dindirilib. Bank vəsaitlərinin başqa məqsədlərlə xərclənməsi faktına görə Cahangir Hacıyevin keçmiş köməkçiləri, o cümlədən Anar Bəkirov da sorğu-sual olunublar» - deyə DİN-dəki mənbə virtualaz.org saytına bildirib. Beynəlxalq Bankdan daxili auditin nəticələrinə dair açıqlama verməkdən, habelə bank rəhbərinin maaşını açıqlamaqdan imtina ediblər.

Google+ WhatsApp ok.ru