Baş Prokurorluqdan Şəhidlər Xiyabanındakı biabırçılıqla bağlı 22 Avqust 2014 01:00 Xəbərlər Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb. Baş prokurorluqdan verilən məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Teqlər : #Baş Prokurorluqdan Şəhidlər Xiyabanındakı biabırçılıqla bağlı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avtobus sürücüləri nəzarət altına alınacaq “Hakimiyyət Emin Hüseynovun harada olduğunu bilir”