Batumidə müsəlmanlar etiraz aksiyası keçiriblər

Gürcüstanın Batumi şəhərində 300-dən çox müsəlman etiraz aksiyası keçirib.
 
Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları məscidin inşa edilməsi üçün hökümətdən ərazi tələb ediblər. Aksiya yerli hökümət nümayəndəliyinin qarşısında keçirilib. Batumi müsəlmanları məscidin inşa edilməsi üçün bütün müvafiq dövlət qurumlarına müraciət ediblər, lakin onlara heç bir cavab verilməyib.
 
"Biz cümə namazında hökümət binasının qarşısına yığışmağa qərar vermişik. Biz konstitusiyadakı haqlarımızı onlara xatırlatmağa gəlmişik", - deyə bu təşəbbüsü irəli sürən Tariel Nakaidze bildirib./
 

Google+ WhatsApp ok.ru