Belə kolbasalardan uzaq durun - RƏSMİ XƏBƏRDARLIQ 30 İyul 2018 01:00 Xəbərlər Kolbasa hər gün istifadə olunan qida məhsullarındandır. Lakin Qida Təhlükəsizliyi Agentliyi kolbasalarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Maide.Az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə edilən məhsullar alınmamalıdır. Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 - Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur. Lakin ət və ət məhsullarında bundan istifadə yolverilməzdir. Mütəxəssislərin fikrincə, bu cür problemlərin yaşanmaması üçün istehsalçı firmaların xalqa açıq günləri olmalı və vətəndaşlar istehsal prosesini özləri görməlidirlər.(realpress) Teqlər : #Belə kolbasalardan uzaq durun RƏSMİ XƏBƏRDARLIQ , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrandan Azərbaycana ixracat həcmi artıb Bu bölgəmizin sakinləri suya həsrət qalıb