Beynəlxalq Avtovağzal Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək 25 İyul 2014 01:00 Xəbərlər Bakı Beynəlxalq Avtovağzal Kompleksi Ramazan bayramı ilə əlaqədar olaraq iyulun 25-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Avtovağzal Kompleksindən İnterAz-a verilən məlumata görə, bayram günlərində gücləndirilmiş iş rejiminə səbəb sərnişindaşımada intensivliyin artması ilə bağlıdır. Kompleksin əməkdaşlarının sözlərinə görə, yay mövsümündə hər gün 10-11 min sərnişin daşınırdısa, bayram vaxtı bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də marşrutlara buraxılan avtobusların sayı artırılacaq. Belə ki, adi günlərdə xəttə 400-450 avtobus buraxılırdı. Bayram günlərində isə onların sayı 550-600-ə çatdırılacaq. Qeyd edək ki, avtovağzalda qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər./ Teqlər : #Beynəlxalq Avtovağzal Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqın yeni prezidenti seçildi Fələstin mücahidləri daha bir İsrail əsgərini əsir götürdü-bu dəfə əsir qadındır (foto)