BMT Baş katibi Hindistana xəbərdarlıq etdi 17 İyun 2020 09:42 Xəbərlər BMT Baş katibi Antonyo Quterres Hindistan hökuməti qarşısında kəşmirli uşaqlarla bağlı tələb qoyub. Baş katib Antonyo Quterres açıqlamasında bildirib ki, Hindistan hökuməti Kəşmirdəki uşaqları qorumaq üçün addımlar atmalıdır. "Hindistan hökuməti beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəçiliklərə əməl etməlidir. Uşaqların qorunması üçün qabaqlayıcı tədbirlər görülməlidir", - deyə Antonyo Quterres diqqətə çatdırıb. O, qeyd edib ki, Hindistan hökumətinin Kəşmirdə saxladığı 68 yeniyetməyə görə də BMT rəhbərliyi narahatdır. /eastnews.org/ Teqlər : #BMT,#Baş,#katibi,#Hindistana,#xəbərdarlıq,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeni ətraf mühit problemi - əlcək və maskalar Azərbaycan-Rusiya sərhədində baş verənlərə görə cinayət işi açıldı - 10 azərbaycanlı saxlanıldı