BMT bu dəfə niyə gecikmədi?

BMT bu dəfə niyə gecikmədi?

-- BMT-nin illərdir əzilən məzlum xalqların deyil, zülmün yanında olması elə...

BMT-nin baş katibi Antoniu Quttereş Səudiyyə Ərəbistanının raket atəşinə tutulmasını qəti şəkildə pisləyib.
 
Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
 
"Baş katib husilərin dünən axşam Səudiyyə Ərəbistanı şəhərlərinin, o cümlədən Ər-Riyadın atəşə tutulmasını kəskin şəkildə pisləyir", - deyə bəyanatda bildirilir.
 
Qeyd edək ki, martın 25-də Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Ər-Riyad üzərində raketi vurub saldıqlarını idda edirlər.
 
Maraqlıdır ki, illərdir Yəmənə qarşı təcavüz və onminlərlə insanın ölümü ilə bağlı bir kəlmə də danışmayan BMT baş katibi cəmi 1 gün sonra özlərini müdafiə edən Yəmən xalqının atdığı raketə münasibət bildirib. Görəsən BMT niyə zülm altında əzilən xalqın deyil, Qərbin regiondakı vassalı rolunu oynayan Səudiyyənin yanındadır? Cavab çox sadədir. Adını “millətlərin təşkilatı” qoysa da, cəmi bir neçə supergücün əlində oyuncaq olan qurumdan bundan artıq nəsə gözləmək...
 
Təkcə bir faktı qeyd etməklə BMT-nin nəyə xidmət etdiyini aydınlaşdırmaq olar. 25 ildir ki, Qarabağ işğal altındadır. Amma BMT 25 ildir torpaqların dərhal azad edilməsi ilə bağlı çıxardığı “qətnamələrin” icrasını tələb edə bilmir. Bilmir yox, saddəcə istəmir.
 
Odur ki, illərdir əzilən məzlum xalqların deyil, zülmün yanında olması elə zülmkarların öz cinayətlərini ört-basdır etmək üçün yaratdıqları qurumun adı da BMT-dir.(islam.az)
 

Google+ WhatsApp ok.ru