Britaniya məhbusları üsyan qaldırdı

Britaniya məhbusları üsyan qaldırdı

Böyük Britaniyanın Kent qraflığında 50-dək məhbus üsyan qaldıraraq həbsxana korpusunu ələ keçirib.
 
APA-nın verdiyi xəbərə görə, insident Şeşi adasındakı “Swaleside” həbsxanasında baş verib. “Sky News”-ün məlumata görə, hazırda iğtişaşlar davam edir. İnsident nəticəsində xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.
 
Qeyd edək ki, dekabrın 16-da Birmingem qraflığındakı həbsxanalardan birində saxlanılma şəraitindən narazı olan 600-dək məhbus da üsyan qaldırıb.
 

Google+ WhatsApp ok.ru