Bu şəhərin came məscidi 250 ildən sonra yenidən bərpa olunur 03 Oktyabr 2018 01:00 Xəbərlər Cammu və Kəşmirin paytaxtı Srinaqar şəhərində önəmli tarixi əsərlərdən hesab olunan Srinaqar came məscidi 250 ildən sonra yenidən təmir olunaraq, müsəlmanların istifadəsinə veriləcək. Maide.Az “tribuneindia”ya istinadla xəbər verir ki, məscidin bərpa və təmir işlərini Məscidlərin Vəqflər Birliyi həyata keçirir. Srinaqar came məscidi 1394-cü ildə Sultan İsgəndər Şah Kəşmiri Şahmiri tərəfindən tikilib. Kəşmirdə yerləşən yeganə böyük məsciddir. Məscidin imam camaatı və Məscidlərin Vəqflər Birliyinin üzvü Mir Vaez Ömər Faruq bildirib ki, birliyin məscidin təmiri üçün maliyyə vəsaiti az olması və məsciddə indiyədək baş vermiş 3 yanğının onun minarələrinə və binasına ciddi ziyanlar vurulmasına baxmayaraq, çalışacağıq ki, bərpa və təmir işlərini yaxşı səviyyədə həyata keçirək. Teqlər : #Bu şəhərin came məscidi 250 ildən sonra yenidən bərpa olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanında neft-kimya zavodunda yanğın baş verib İndoneziyada zəlzələdən geriyə qalanlar: ölüm, dağıntı və qırılan qəlblər