Bu gün Bakının dörd rayonunda qaz olmayacaq

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Bu barədə Maide.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
 
Yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi və Hava limanına gedən yolun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar fevralın 25-də saat 10:00-dan işlər başa çatanadək Bakının Xəzər, Xətai, Yasamal, Sabunçu rayonlarının, həmçinin Quba rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Google+ WhatsApp ok.ru