Bu gün futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə start verilir 02 İyul 2021 13:15 İdman İyulun 2-də İsveçrə-İspaniya oyunu ilə futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə start veriləcək. Maide.Az "trend"ə istinadla xəbər verir ki, Sankt-Peterburqda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı ingiltərəli referi Maykl Oliver idarə edəcək. İsveçrə yığması səkkizdəbir finalda sonuncu dünya çempionu Fransanı mübarizədən kənarlaşdırıb. Həmin görüşdə əsas vaxt 3:3 hesabı ilə başa çatdığından 11 metrlik cərimə zərbələri seriyasında İsveçrə komandası 5:4 hesabı ilə qalib gəlib. İspaniya isə sonuncu dünya çempionatının gümüş mükafatçısı Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Günün sonuncu görüşündə turnirin əsas favoritləri - Belçika və İtaliya komandaları üz-üzə gələcəklər. Münhendə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. İtaliya millisi səkkizdəbir finalda Avstriyanı (3:1), Belçika seçməsi isə sonuncu Avropa çempionu Portuqaliyanı (1:0) məğlub edib. Bu görüşlərdə qalib gələn komandalar yarımfinalda üz-üzə gələcəklər. Dörddəbir final mərhələsinin digər iki görüşündə Çexiya millisi Bakı Olimpiya Stadionunda Danimarka, Ukrayna isə Romadakı “Olimpiko” stadionunda İngiltərə seçməsi ilə qarşılaşacaqlar. Bakıdakı oyun saat 20:00-da, Ukrayna-İngiltərə matçı isə saat 23:00-da başlayacaq. “Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək. Teqlər : #gün,#futbol,#üzrə,#Avropa,#çempionatının,#dörddəbir,#final,#mərhələsinə,#start,#verilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AVRO-2020: 1/8 finalın təqvimi məlum oldu Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları başlayır