Cəbhəyanı bölgələrdə minatəmizləyənlərdən ibarət çevik qruplar yaradılıb 07 Aprel 2016 01:00 Hərb Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qərb hissəsində cəbhəyanı yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində əraziyə düşən və partlamamış hərbi sursatlar (PHS) barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən aidiyyatı təxirəsalınmaz tədbirlərin görülməsi üçün Agentliyin nəzdində bir neçə çevik qrup yaradılıb. Bu barədə ANAMA-dan bildirilib. Daxili İşlər Nazirliyinin 102 Xidməti, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rayon İcra Hakimiyyətlərindən daxil olan məlumatlara əsasən yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Agentlik tərəfindən təcili və təxirəsalınmaz tədbirlər görülür. Teqlər : #Cəbhəyanı bölgələrdə minatəmizləyənlərdən ibarət çevik qruplar yaradılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyinin mətbuat xidməti feysbuk istifadəçilərinə müraciət edib Ermənilərin açdığı atəş nəticəsində Azərbaycan DİN-in polis baş serjantı yaralanıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'