Ermənilərin açdığı atəş nəticəsində Azərbaycan DİN-in polis baş serjantı yaralanıb

Aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov da baş nahiyəsindən ağır yaralanıb və təcili olaraq Daxili İşlər Nazirliyinin (DİN) general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib.
Bu barədə Maide.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya həkimlər tərəfindən cərrahi müdaxilə edilib, bütün digər lazımı tədbirlər görülüb. Hazırda onun vəziyyəti orta ağırdır.
Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev onun səhhəti ilə maraqlanıb, tibb personalına müvafiq göstərişlərini verib.

Google+ WhatsApp ok.ru