Cəbhəçi gənc 30 sutka inzibati cəza aldı

Cəbhəçi gənc 30 sutka inzibati cəza aldı

Noyabrın 3-də səhər çağı AXCP Gənclər Komitəsinin Yasamal rayon şöbəsinin üzvü Samir Məmmədliyə 30 sutka həbs cəzası verilib.
 
Bu barədə məlumatı Meydan TV-yə AXCP sədrinin müavini Gözəl Bayramlı verib.
 
G.Bayramlı cəbhəçi gəncin hansı səbəbdən həbs olunduğu haqda məlumatsız olduğunu və vəkillə danışdıqlarını dedi: "Yalnız Samir bəyin“ Bandotdel”ə aparıldığını bilirik".
 

Google+ WhatsApp ok.ru