Cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır 31 May 2017 01:00 Hüquq Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihə müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihəni Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O qeyd edib ki, ötən müddətdə İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanması buradakı cərimələrə yenidən baxılmasını zəruri edib. Komitə sədri bildirib ki, məcəllənin 17 fəslində cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır. Layihə səsə qoyularaq qəbul edilib. Teqlər : #Cərimələr 23 dəfədən 20 dəfəyə qədər artırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gözəl Bayramlı barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib Hakim Yunusların məhkəməyə məcburi gətirilməsini 1 ay gözləyəcək