Cahangir Hacıyevə 17 il həbs cəzası istənilib

Cahangir Hacıyevə 17 il həbs cəzası istənilib

 
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Verilən məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Cahangir Hacıyevin və digərlərinin 3 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmələrini, C. Hacıyevin 17 il, İlqar Abdullayevin 8 il, Yusif Ələkbərovun 11 il, İbrahim Hüseynovun 11 il, Anar Sultanovun 8 il, Məhəmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay 23 gün, Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Prokuror Fərid Nağıyev deyib ki, C. Hacıyev Zamirə Hacıyeva və digərləri ilə birlikdə dövlət əmlakını talayıb və vəzifə saxtakarlığı edib. Prokuror C. Hacıyevin evindən götürülən qiymətli saat və digər vasitələrin borcun ödənilməsinə yönəldilməsini istəyib. Bankın nümayəndəsi isə banka dəymiş ziyanın tam ödənilməsini məhkəmədən xahiş edib.
 
Vəkillər çıxa hazırlaşmaq üçün vaxt istəyiblər. Proses oktyabrın 3-də davam edəcək. (apa) /

Google+ WhatsApp ok.ru