İŞİD-dən neftin satın alınmasında Amerika Türkiyə ilə həmkarlıq edir

Amerika Müdafiə Nazirliyinin sözçüsü Cef Devis etiraf edib ki, İŞİD-ə qarşı beynəlxalq koalisiyanın qırıcıları bu terror qruplaşmanın  neft tankerlərinin sürücülərini hədəfə almırlar.
Maide.az  Al-Aləm xəbər portalına istinadən xəbər verir ki,  Amerika Müdafiə Nazirliyinin sözçüsü Cef Devis İraq və Suriya neftinin İŞİD tərəfindən Türkiyəyə qaçaq edildiyini bildirib və etiraf edib ki, beynəlxalq koalisiyanın qırıcıları İŞİD neftini daşıyan yük maşınlarına hücum etmək istəyən zaman bildiriş vasitəsilə xəbərdarlıq edirdilər, ona görə ki, bilirdilər ki, bu yük maşınlarının sürücüləri türkiyəlidirlər.
 
C.Devis əlavə edib ki, ruslar isə İŞİD ilə mübarizə üçün neft tankerlərinin türkiyəli sürücülərinə güzəştə getmir  və bütün tankerləri bombalayırlar və Türkiyə Rusiyanın bu hərəkətilə mübarizə məqsədi ilə rusların SU-24 qırıcısını vurdu.
 
Rus qırıcılarının Türkiyəyə getməkdə olan İŞİD-in neft tankerlərinıə hücumlarında 500-dən çox tanker məhv edildi və bu hücum İŞİD və Türkiyəyə möhkəm bir zərbə vurdu.
 
Hər gün 60 min ton İraq və Suriya neftinin Türkiyəyə daşınması  İŞİD-ə bir milyon dollardan çox, Türkiyəyə də bu məbləğin 1,5 dəfədən çoxunu aid edir../
 

Google+ WhatsApp ok.ru