Dələduzluqda təqsirləndirilən qadının apellyasiya şikayəti təmin edilməyib 18 Sentyabr 2014 01:00 Hüquq Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şəlalə Hüseynovanın apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, Ş. Hüseynova özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edərək Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8 min manat pul tələb edib. O, həmin pulu alarkən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Hüseynova 7 il müddətinə azadlıqdan məhrum edilib. Şəlalə Hüseynova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub. Teqlər : #Dələduzluqda təqsirləndirilən qadının apellyasiya şikayəti təmin edilməyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Leyla Yunusa qarşı təcridxanada təzyiqlərin olduğu bildirilir Məktəbdə şagirdi qətlə yetirən şəxsin şikayəti təmin edilməyib