İŞİD Ərəbistanda şiələrin dini məkanına hücumu öz üzərinə götürdü

İŞİD-ə bağlı “Bəhreyn vilayəti” terror qruplaşması bəyanat yayaraq, Ərəbistanın şərqində Qətif vilayətinin Seyhat port şəhərində  yerləşən Şiələrin hüseyniyəsinə silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb.
Maide.az xəbər verir ki, bu qruplaşma hücumu təşkli edənin kimliyini “Şuca əl-Dusəri” adlandırıb.
Qeydə edək ki, Səudiyyə Ərəbistanın şərqində şiələrin dini mərkəzinə silahlı hücum nəticəsində indiyədək ən azı 5 nəfər şəhid olub və 10 nəfər yaralanıb, hücumçu terrorist isə ölkənin təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. /
  

Google+ WhatsApp ok.ru