Dəhşətli bəla insan ayağı dəyməyən yerə də çatdı 20 Fevral 2019 09:36 Xəbərlər Arktika da çirklənməyə başlayıb Dünyanın ən əlçatmaz yerlərindən biri sayılan Arktika da çirklənməyə başlayıb. Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, Arktikada kimyəvi maddələrin izləri tapılıb. Kanadanın vəhşi təbiətin mühafizəsi xidmətinin əməkdaşları Nunavut regionunun Şahzadə Leopold adasında fırtınaquşu ailəsindən olan quşlardan birinin yumurtalarını götürüblər və yumurtada kimyəvi maddə izi aşkar ediblər. Tapılan maddələr daha çox plastikə əlavə edilir. Güman edilir ki, quşlar bu maddəni balıq və ya digər dəniz canlılarını ovlayarkən udublar. Kimyəvi maddə daha sonra mədədən qana və oradan da yumurtaya keçib. Alimlər deyir ki, tapılan kimyəvi maddələr harmonal balansı pozur. Bu maddələrin təhlükəli olduğu uzun müddətdir bilinir. Ona görə də, uşaq oyuncaqlarının hazırlanmasında bu maddədən istifadə qadağan edilib. Aparılan araşdırmaya görə, dəniz quşlarının 90 faizdən çoxu kimyəvi maddələri udurlar. Təbiəti plastik maddələrdən qorumaq üçün 2030-cu ilə kimi plastik maddələri ləğv etmək planı nəzərdə tutulub. Teqlər : #Dəhşətli,#bəla,#insan,#ayağı,#dəyməyən,#yerə,#də,#çatdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həzrət Ümmül-Bəninin qəbri - FOTO Xəzərdə ən çox ovlanan balıqlar - Kefal, kütüm...