Danimarkada qadınlar üçün ixtisaslaşmış məscid fəaliyyətə başlayıb

 
 
Danimarka paytaxtı Kopenhagendə qadınlar  üçün ilk ixtisaslaşmış məscid fəaliyyətə başlayıb. 
 
Maide.az xəbər verir ki, qadınlara məxsus olan  məscidə həzrət  “Məryəm  (s)” adı   verilib. 
 
Məsciddə  alimə qadınlar  dini proqramları icra edir. 
 
Qeyd edək ki,bir müddət öncə İngiltərə Müsəlman Qadınlar Şurası da belə bir təkliflə  çıxış etmiş və Bradford şəhərində qadınlara özəl məscidin tikiləcyini bildirmişdi. 
 
Amerikanın  Los Ancles şəhərində isə artıq belə bir məscid fəaliyyət göstərir. Bu məsciddə müəzzin, xitabəçi və imam camaat qadındır. 
 
Çin, Çili və Hindistanda da belə məscidlər fəaliyyət göstərir. /
  
 

Google+ WhatsApp ok.ru