Dehlidə hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edilib 04 Noyabr 2019 09:05 Xəbərlər Hindistanın şimalında havanın çirklənmə səviyyəsi "dözülməz həddə çatıb". Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu ölkənin paytaxtı Dehli şəhərinin administrasiyasının rəhbəri Arvind Kajrival bildirib. Hindistanın paytaxtında hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edilib. Bildirilir ki, məktəblər bağlanıb, yerli hava limanında 30-dan çox reys təxirə salınıb və şəhərdə tikinti işləri dayandırılıb. A.Kajrival federal orqanlardan qonşu bölgələrdə çirklənmə səviyyəsinin azaldılmasına kömək etmələri üçün müraciət edib. Teqlər : #Dehlidə,#hava,#rəsmi,#olaraq,#sağlamlıq,#üçün,#təhlükəli,#elan,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın ən uzun Quran kitabı təqdim edildi - FOTO İranda beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir