Devalvasiyadan sonra psixoloji müayinə üçün müraciət edənlərin sayı artıb 10 Oktyabr 2016 01:00 Xəbərlər Azərbaycanda devalvasiyadan sonra psixi sağlamlıqla bağlı müraciət edənlərin sayı artıb. Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib ki, devalvasiyadan sonra psixoloji müayinə üçün mərkəzə müraciət edən kişilərin sayında 30-40 faiz artım qeydə alınıb. Onun sözlərinə görə, son zamanlar daha çox gənclər, xüsusilə 25-30 yaşlı şəxslər mərkəzə müraciət edir: “Onların həyat tərzi ilə bağlı stress keçirdiklərini güman edirik. Sonuncu iqtisadi böhran vəziyyətindən sonra bu hal daha da artıb. Səbəblər arasında ailə münaqişələri də var”. R.Salayev qeyd edib ki, ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur.(azadliq.info) Teqlər : #Devalvasiyadan sonra psixoloji müayinə üçün müraciət edənlərin sayı artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Moskvada “Aşura mədəniyyəti” adlı sərgi təşkil olunacaq İran və İraqın enerji nazirləri Türkiyədəki enerji konqresinə qatılmır