Dilqəm erməni önündə sınmadı

Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş Dilqəm Əsgərov Xankəndidə oyuncaq rejimin düzəltdiyi "məhkəmə"də əsl kişilik göstərib.
 
Əsgərov "məhkəmə"də Dağlıq Qarabağ adında bir dövləti tanımadığını bildirib və özünü bu oyuncaq rejimin “sərhədini” pozmaqda günahkar saymayıb. O, bir neçə dəfə Kəlbəcərə getdiyini və bunu yalnız doğmalarının məzarına baş çəkmək üçün etdiyini deyib. Dilqəm Əsgərov həmçinin Kəlbəcərə yerləşdirilmiş erməni Smbat Tsakanyanın ölümündən xəbərsiz olduğunu bildirib.
 
Bununla belə, Dilqəm Əsgərov Kəlbəcərə səfər zamanı üzərində ov tüfənginin olduğunu, ac qalmamaq üçün meşədən sahibsiz mal-qara tutaraq kəsdiklərini etiraf edib.

Google+ WhatsApp ok.ru