Dindarlar Abgül Süleymanovun saxlanıldığı həbsxanaya gedib (Foto)

Xəbər verdiyimiz kimi Hacı Abgül Süleymanovun vəkili Zaman Səmədov dünən onunla görüşüb. Vəkilin sözlərinə görə, Hacı Abgül Süleymanovun səhhətində ciddi problemlər yaranıb: “Ağrılar səbəbindən bizlə görüşə gəlməyə imkanı olmadı. Onun mədə-bağırsaq orqanlarında ağrıları var. Hazırda yerdə yatır. O, heç ayağa da dura bilmir. Onun təcili şəkildə ixtisaslaşdırılmış xəstəxanaya köçürülməsi lazımdır."  
 
Bu gün isə onlarla inanclı Hacı Abgül Süleymanovun saxlanıldığı 8 saylı qapalı tipli həbsxanaya üz tutaraq ona dəstəklərini bildiriblər. İslamazeri.az-ın xəbərinə görə, inanclılar həbsxana rəhbərliyindən Hacı Abgül Süleymanovun tez bir zamanda Penitensiar Xidmətin ixtisaslaşdırılmış xəstəxanasına köçürülməsini tələb ediblər.
 

Google+ WhatsApp ok.ru