Düşmənin cəbhədə təxribat törətmək cəhdinin qarşısı alınıb 21 Yanvar 2015 02:00 Hərb Yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Bu barədə Maide.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib. Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır. Teqlər : #Düşmənin cəbhədə təxribat törətmək cəhdinin qarşısı alınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 50-ci yerdədir Ermənistan ordusu 106 dəfə qaydanı pozdu
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'